Ötən gün “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda səfərdə “Liverpul”la qarşılaşıb və 0:6 hesabı ilə məğlub olub.
Yeniera.az modern.az-a istinadən xəbər verir ki, məyusedici məğlubiyyətə baxmayaraq, pley-offa yüksələn və 10 xalla 22-ci olan Ağdam təmsilçisi 1/16 finala adladığı üçün daha 1 milyon avro, təxminən 2 milyon manat qazanıb.
Beləliklə, “köhlən atlar”ın turnirin əsas mərhələsindəki qazancı 8 milyon avroya (16 milyon manat) çatıb. Çempionlar Liqasının təsnifat mərhələləri də nəzərə alındıqda “Qarabağ”ın ümumi qazancı 19 milyon 620 min avro, yəni 38,38 milyon manat təşkil edib.
“Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.
“Benfika”nı 3:2, “Kopenhagen”i isə 2:0 hesabı ilə məğlub edən “Qarabağ” bu nəticələr sayəsində əlavə olaraq 4,2 milyon avro (8,3 milyon manat) qazanaraq ümumi gəlirini 27 milyon 970 min avroya (55,8 milyon manat) çatdırmışdı.
Bu rəqəmin üzərinə Ağdam təmsilçisinin liqa mərhələsində “Çelsi” ilə heç-heçəsini (700 min avro) və “Ayntraxt” üzərindəki qələbəsini (2,1 milyon avro) də gəldikdə, klubun liqa çərçivəsində indiyədək qazandığı ümumi məbləğ 30 milyon 770 min avroya, yəni təxminən 61,4 milyon manata yüksəlib.
