Sumqayıt şəhərində fəaliyyət göstərən kafe tamamilə yanıb.
Yeniera.az-ın məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində baş verib.
Hadisə nəticəsində Anar Xanhüseyn oğlu Mirzəliyevin icarədarı olduğu, ümumi sahəsi 200 kvadratmetr olan “Qızıl Qaya” kafesi tamamilə yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır.(Report)
