• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Ramiz Mehdiyevin vəzifədəki kadrları - Siyahıdakı ADLAR

17 Oktyabr, 25 / 9:40
A A
Ramiz Mehdiyevin vəzifədəki kadrları - Siyahıdakı ADLAR

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Yeniera.az xəbər verir ki, DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. O, Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.

Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.

87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

Ramiz Mehdiyev 24 il Prezident Administrasiyasına (1995-2019) rəhbərlik edib. Bu səbəbdən bir sıra sahələrə müdaxilə və nəzarət etmək imkanına malik olub: dövlət idarəetməsinin, kadr siyasətinin və daxili siyasi texnologiyaların əsas təsisçilərindən sayılırdı; nazirlərin, nazir müavinlərinin, icra başçılarının təyinatında, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində yüksək vəzifələrə kimlərin gətirilməsi, parlament seçkilərində kimlərə deputat mandatı verilməsi Ramiz Mehdiyevin xeyir-duası ilə baş tutub.

Hazırda hakimiyyətin müxtəlif qanadlarında Ramiz Mehdiyevin kadrlarının olduğu hiç kimə sirr deyil.

Maraqlıdır, dövlət çevrilişi etməyə hazırlaşan Mehdiyev özünün yaratdığı gizli Dövlət Şurasına kimlərin adını daxil edibmiş? 


Modern.az-a açıqlamasında sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, böyük Ramiz Mehdiyev vəzifədən getsə də, kiçik Mehdiyevlər hazırda da müəyyən strukturlarda, təşkilatlarda, müəssisə və idarələrdə qalmağa davam edirlər:

“Bu barədə mən geniş danışmaq istəmirəm. Çünki vaxtında mən sözümü Milli Məclisdə demişəm. İndi onun qulbeçələri, vaxtilə ona  xidmət etmiş adamlar başlayıblar Mehdiyevi tənqid etməyə. Buqələmunluq edirlər. Çox iyrənc bir mənzərəyə şahidlik edirik. Ona görə, mən bu prosesə qoşulmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, böyük Ramiz Mehdiyev gedib, amma  kiçik Ramiz Mehdiyevlər müəyyən müəssisə və idarələrdə, təşkilatlarda  qalıblar. Hər halda onun uzantıları, yetirmələri çoxdur”.

Təhlükəsizlik eksperti İlham İsmayıl isə vurğulayıb ki, xüsusilə də İcra hakimiyyətləri ilə bağlı araşdırmalar aparılmalıdır:


“Nəzərə alsaq ki, 1995-ci ildən 2019-cu ilə qədər faktiki 24 il Prezident Administrasiyasının rəhbəri olub. Prezident Administrasiyasına isə tabe olan şöbələr çox saydadır. İcra hakimiyyətlərilə bağlı məsələlər həmişə Ramiz Mehdiyevin əlindən keçib. Uzantı dedikdə, onun səlahiyyət daxilində olmuş strukturlar araşdırılmalıdır. Biz demirik ki, o bu dəqiqə müdafiə naziri qoya bilərdi. Amma yəqin ki, daxili işlər naziri qoyulmasında müəyyən təsirləri olub. Amma özünün birbaşa xətti icra strukturları ilə bağlı olub. Keçmiş icra başçıları, təbii ki, onlar arasında sağ qalanlar varsa, münasibətlərinin yaxşı olduğu adamlar araşdırılmalıdır. Yenə deyirəm, Prezident Administrasiyasında çoxlu şöbələr var. Ramiz Mehdiyevin əli hara çatıbsa, ora araşdırılmalıdır. Düzdür, Prezident Administrasiyasının rəhbəri kimi onun əli çox yerlərə çatıb. Öz sahəsi olmayan yerlərə də əl ata bilib. Amma bu bir faktdır ki, istər Heydər Əliyev, istərsə də hazırkı Prezident İlham Əliyev dövründə onun müəyyən məhdudiyyətləri olub. Onu da demək olmaz ki, yuxarıda adını çəkdiyimiz strukturlarda hamı onunla əlbir olub. Sadəcə olaraq bir versiya kimi müəyyən dərəcədə axtarmalıdırlar. Verilən informasiyaya görə, Ramiz Mehdiyev hətta müvəqqəti Dövlət Şurası yaratmaq fikrinə düşüb. Yəqin ki, orada konkret adlar olub. İstintaq müəyyən etməlidir ki, o şura kimlərdən ibarət olub? Təbii ki, həmin şura ona yaxın adamlardan ibarət ola bilər. Hər halda istintaqla yanaşı, əməliyyat işləri də görülməlidir. İstintaq, əməliyyat tədbirləri kompleks və koordinasiyalı şəkildə həyata keçirilməlidir ki, gizli olan məqamlar da üzə çıxsın. Oradakı maddələrdən biri əvvəldən məlum idi. Yəni o işlədiyi dövrdə qanunsuz sahibkarlıqla məşğul olub. “Bank BTB”nin böyük hissəsinə onun sahib olmasına heç kimin şübhəsi yoxdur. Rusiya ilə əlaqələri də məlum idi”.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Monqolustanın Baş naziri istefa verdi

Növbəti Yazı

İki həftə əvvəl maşınla vurulmuşdu - xəstəxanada öldü

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.