Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində bir sıra regional və qlobal məsələlərlə bağlı Rusiyanın rəsmi mövqeyini bəyan edib.

Yeniera.az xəbər verir ki, çıxışı zamanı Lavrov Rusiyanın Venesuelanın vəzifəsindən uzaqlaşdırılmış prezidenti Nikolas Maduronun dərhal azad edilməsini və bənzər insidentlərin təkrar olunmamasını tələb etdiyini bildirib.

Rusiya XİN rəhbəri Hörmüz boğazı ətrafındakı vəziyyətin tənzimlənməsi üçün ərəb ölkələri ilə İran arasında etimadın bərpa olunmasını əsas şərt hesab etdiklərini diqqətə çatdırıb.

O, həmçinin İranın ali liderinin və hakimiyyət nümayəndələrinin qətlə yetirilməsini güc diktəsinin qəbuledilməz təzahürü kimi qiymətləndirib.

Fələstin məsələsinə toxunan nazir Fələstinin dövlətçiliyinin təmin edilməsi vaxtının artıq çatdığını vurğulayıb.

Sonda Lavrov Kubadan blokadanın qaldırılmasına və adada yaranmış acınacaqlı humanitar vəziyyətin düzəldilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə çağırış edib.

Musavat.com

Exit mobile version