Rusiya Ukraynanın Xarkov vilayətinin Peçeniqi bölgəsinə raket zərbəsi endirib.

Yeniera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

İlkin məlumata görə, hücum nəticəsində 17 nəfər həlak olub. Xəsarət alan daha 8 nəfərə tibbi yardım göstərilib.

Bundan başqa, hücum nəticəsində 10 fərdi yaşayış evi, kafe, poçt şöbəsi, mağaza və azı 7 avtomobil zədələnib. Hazırda hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.

Exit mobile version