“Avropada söz azadlığı yoxdur, Rusiyada isə daha çox söz azadlığı var”.
Yeniera.az xəbər verir ki, bunu “Tesla” və “SpaceX”in yaradıcısının atası, sahibkar Errol Mask deyib.
Errol Mask bu həftə Rusiyannın RT telekanalının 20 illik yubiley tədbirində iştirak edib. Amerikalı sahibkarın atası mediaya şərhlərində Moskvanın gözəlliyinə heyran olduğunu bildirib.
“Rusiyada daha çox söz azadlığı var, Avropada isə yoxdur. Oğlum dedi ki, mənim şirkətlərimdən bir şey istəyirsənsə, hazırda diktatura olduğu İngiltərədə söz azadlığını bərpa et”, – deyə sahibkar bildirib.
Yeganə
