Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Leninqrad vilayətindəki Ust-Luqa və Primorskdakı hədəflər Ukraynanın silah zərbələri üçün əlçatandır.
Yeniera.az xəbər verir ki, Zelenski bu barədə Teleqramda yazıb.
“Rusiyanın dərinliklərinə endirdiyimiz zərbələrə, yəni Rusiyanın zərbələrinə cavablarımıza gəlincə, müsbət əlamətlər var və indi biz ayrı-ayrı hadisələrdən danışmırıq. Biz başa düşürük ki, Ust-Luqa və Primorsk əlçatandır”, – deyə Zelenski qeyd edib.
O, əlavə edib ki, Kiyev artıq Ukraynanın Rusiyaya zərbələrində uğurları qeydə alır.
Zelenski daha əvvəl bəyan etmişdi ki, Kiyev uzaqmənzilli “Tomaqavk” raketlərinin Ukraynaya veriləcəyi təqdirdə ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırdır. O, Kiyevə uzaqmənzilli raketlərin verilməsinin Moskvanı ayıqlaşdıracağına və onun nümayəndələrini danışıqlar masası arxasına keçməyə məcbur edəcəyinə əmin olduğunu bildirib.
Yeganə

