“Avropanın Rusiyaya qarşı 22-ci sanksiyalar paketi 2022-ci ildən indiyədək qəbul edilən ən genişmiqyaslı sanksiyalar paketi olacaq”.
Yeniera.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “Die Welt” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, növbəti paketin qəbul edilməsi ilə sanksiyaya məruz qalan Rusiyanın fiziki və hüquqi şəxslərinin sayı artacaq.
“Sanksiyalar paketinin artıq bu payızda qəbul edilməsi planlaşdırılır. Moskva müharibəyə son qoyanadək təzyiq artırılmalıdır” – Kallas əlavə edib.
