Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Yarışın 4-cü günündə 53, 62 və 72 kq-da yer alan qadın güləşçilərimiz xalçaya çıxıb.
Nərgiz Səmədova (53 kq) 1/4 finalda litvalı Vestina Daniseviçyuteni (3:0) mübarizədən kənarlaşdırsa da, yarımfinalda ukraynalı Anastasiya Polskaya məğlub olub – 2:4. Həmyerlimiz sabah bürünc medal uğrunda görüşdə türkiyəli Şevval Çayırla üz-üzə gələcək.
Yarışa böyük inamla başlayan Ruzanna Məmmədova (62 kq) bolqarıstanlı Fatma Şabanla türkiyəli Gülsüm Bingölə 11:0 hesabıyla qalib gəlib. Məmmədova fransalı İris Tiabonu isə sonuncu xal prinsipinə əsasən üstələyib – 3:3. Ruzanna finalda rusiyalı Amina Tandelovayla qarşılaşacaq.
Zəhra Kərimzadə (72 kq) ilk mərhələdə bolqarıstanlı Daniyela Brasnarovaya son xal prinsipinə əsasən (2:2) məğlub olub.
