“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Dortmund “Borussiya”sı ilə Bakıda keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.
Yeniera.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.
Matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə etmək mümkündür. Bilet qiymətləri 15, 40, 50, 75, 120 və 650 manatdır.
Qeyd edək ki, matç oktyabrın 20-də Bakı Olimpiya Stadionunda, saat 20:45-də başlayacaq.
