Uruqvay milli komandası dünya çempionatının ilk turunun oyunu üçün ABŞ-yə gələ bilmir.

Yeniera.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb.

Buna səbəb isə komandanın bəzi sənədləri itirməsidir.

Hazırda Meksikada məskunlaşan uruqvaylılar ABŞ-yə uça bilmir. Onlar sabah Səudiyyəti Ərəbistanı yığması ilə qarşılaşacaqlar.

Matç Bakı vaxtilə saat 02:00-da başlayacaq.

Lakin Uruqvay yığması hələ də matçın keçiriləcəyi şəhərə gəlməkdə problem yaşayır.

Artıq ölkənin Futbol Federasiyası bunun üçün FİFA-ya müraciət edib.

Exit mobile version