“Münaqişə bölgəsində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılıb”.
Yeniera.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif özünün “X” hesabında paylaşım edib.
Baş nazir tərəfləri əldə olunmuş 14 günlük sülh fürsətini qorumağa çağırıb:
“Münaqişə zonası boyu bir neçə yerdə atəşkəsin pozulması halları barədə məlumatlar daxil olub ki, bu da sülh prosesinin ruhunu zədələyir. Bütün tərəfləri razılaşdırıldığı kimi, iki həftə ərzində təmkinli olmağa və atəşkəsə hörmət etməyə səmimiyyətlə çağırıram ki, diplomatiya münaqişənin dinc yolla həllində aparıcı rol oynaya bilsin”.
Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə əldə olunan ikihəftəlik müddət regionda gərginliyin azaldılması və tərəflərin danışıqlar masasına qayıtması üçün kritik dövr hesab olunur.
Xatırladaq ki, bir müddət əvvəl İranın XİN rəhbəri Seyid Abbas Əraqçi İsrailin atəşkəsi pozduğunu iddia etmişdi.
