Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatı törədənlərin kimliyi bəlli olub.
Demokrat.az-ın məlumatına görə diplomatik nümayəndəliyin qarşısına yerləşdirilən təxribat xarakterli fotoları Rusiyada tanınan faşist siyasətçi Eduard Limonovun tərəfdarları yerləşdirib. Vaxtilə Rusiyada Millətçi Bolşevik Partiyasının banisi olan Limonovun bu təşkilatı sonradan ekstremist fəaliyyətinə görə qadağan edilib. Hazırda həmin cərəyanın ətrafında radikal rus faşistləri toplanır.
Beləliklə, səfirlik önündəki addımın məhz radikal qruplaşmalar tərəfindən planlaşdırıldığı ortaya çıxıb.
