Şəmkir rayonunda 5 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Şəmkir rayonu Mahmudlu kənd İcra nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, qəzaya düşən şəxslər eyni kəndin sakinləridir. Hadisə zamanı avtomobildə ümumilikdə 7 nəfər olub.

Bildirilib ki, onlar sürücünün bacısı oğlunun sünnət mərasimində iştirak etmək üçün Şəmkir rayonunun Dəllər Cəyir kəndinə gedirmişlər. Avtomobil yolda qəzaya uğrayıb.

Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakini, 1981-ci il təvəllüdlü Əlizaman Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Qəzada 1988-ci il təvəllüdlü İlahə Alim qızı Məmmədova, 2009-cu il təvəllüdlü Elvin Vüqar oğlu Məmmədov, 1992-ci il təvəllüdlü Hicran Çoban qızı Həmzəyeva, 2018-ci il təvəllüdlü Zəhra Rasim qızı Vəliyeva və 1981-ci il təvəllüdlü Əlizaman Qoşqar oğlu Aslanov həyatını itiriblər.

2021-ci il təvəllüdlü Qoşqar Əlizaman oğlu Aslanov və 2010-cu il təvəllüdlü Zeynəb Rasim qızı Vəliyeva isə ağır yaralanıblar. Yaralılardan biri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Nümayəndəlikdən verilən məlumata görə, Zeynəb Vəliyevanın vəziyyəti nisbətən yaxşıdır. Qoşqar Aslanovun vəziyyəti isə ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.

Qəza nəticəsində həyatını itirən şəxslərin bu gün günorta saatlarından sonra dəfn ediləcəyi bildirilib.

Modern.az saytı qəzada həyatını itirən şəxslərin fotolarını təqdim edir:

1992-ci il təvəllüdlü Hicran Həmzəyevə

Hicran Həmzəyevanın qızı 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva

2009-cu il təvəllüdlü Elvin Məmmədov

Exit mobile version