Şəmkirdəki qəzada xəsarət alan 5 yaşlı uşaq vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, bir neçə gün öncə Şəmkir rayonunun Əliyaqublu kəndində qəzaya düşərək ağır xəsarət alan 2021-ci il təvəllüdlü Qoşqar Aslanov yerləşdirildiyi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, qəzada Q. Aslanovun atası Əlizamin Aslanov, İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992), Zəhra Vəliyeva (2018) da həlak olub. Yaralı sayı isə beş nəfərdir.

Qeyd edək ki, hadisə Əliyaqublu kəndi yaxınlığında “VAZ” markalı avtomobillə “KİA” markalı maşının toqquşması nəticəsində baş verib.

Exit mobile version