Ötən gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağışlar və güclü külək bir çox şəhər və rayonlarda ciddi fəsadlara yol açıb.

NOCOMMENT.az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Siyəzən rayonunda infrastrukturun zədələnməsi faktı qeydə alınıb.

Rayonun Həmyə kəndində yerləşən və sakinlərin hərəkətini təmin edən əsas körpü uçub. Körpünün uçması səbəbindən Həmyə kəndinin rayon mərkəzi və digər yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib.

Exit mobile version