Azərbaycanın müxtəlif bölgələrində aparılan abadlıq və tikinti işləri bəzi hallarda vətəndaşların təhlükəsizliyini və rahatlığını təhdid edən xoşagəlməz mənzərələrə yol açır. Son günlər sosial şəbəkələrdə və mediada yayılan məlumatlar, xüsusilə Sumqayıtın Əzizbəyov küçəsində (15-20-ci məhəllələrin yanı) inşa edilən çoxmərtəbəli bina ətrafında yaranmış gərginliyi gündəmə gətirib. Sakinlər hər gün ölüm təhlükəsi ilə üz-üzə qaldıqlarını bildirərək həyəcan təbili çalırlar.
Yeniera.az xəbər verir ki, məlumata görə, Sumqayıtın Əzizbəyov küçəsində, 15-20-ci məhəllələrin yanında inşa edilən yeni, çoxmərtəbəli binalar birbaşa sakinlərin həyatına risk yaradır. Hündürlüyü ilə diqqət çəkən bu yeni binalar, ərazidəki köhnə tikililərin, xüsusilə 1-2 mərtəbəli yaşayış binalarının üzbəüzündə ucaldılıb.
Narazı sakinlər bildirirlər ki, binanın tikintisi yenidir və oradakı adamların evləri sökülərək belə bir bina tikilib. Lakin ötən günlərdə baş verən güclü külək səbəbindən binanın mərtəbələri uçub və 15-20 binalarının qabağına — ikimərtəbəli binaların qarşısına tökülüb. Bu keyfiyyətsiz evlər “Sky Park” MMC şirkəti tərəfindən inşa edilir və vəziyyət getdikcə təhlükəli hal alır.
Ərazidə yaşayan sakinlər adından çıxış edən narazı vətənda açıq şəkildə şəhər rəhbərliyinə müraciət edərək problemin dərhal həll olunmasını tələb edirlər. Sakinlər bildirirlər: “Mən buradan üzümü şəhərin başçısı Zakir Fərəcova tutub deyirəm: Zakir müəllim, bu binalar bizim üçün təhlükə yaradır! Təhlükənin aradan qaldırılması üçün mütləq tədbir görün. Binaların tikən sahibləri sakinləri təhqir edib hadisə yerindən qovublar…”
Sakinlərin sözlərinə görə, bu binalar onlar üçün real təhlükə yaradır və bu təhlükənin aradan qaldırılması üçün mütləq tədbir görülməlidir.
Qeyd edək ki, binanı tikən “Sky Park” MMC-nin nümayəndələri isə sakinləri təhqir edərək hadisə yerindən qovublar.
Görüntüləri təqdim edirik:
