Soçidə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu fonunda liman zonası yaxınlığında bir sıra partlayışların baş verdiyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə yerli sosial şəbəkə səhifələri məlumat yayıb.
Şahidlərin sözlərinə görə, şəhərdə güclü partlayış sesləri eşidilir, hava həyəcanı isə artıq bir neçə saatdır davam edir.
Xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.
