Bakıda baş verən ağır yol-nəqliyyat qəzasında 2 futbolçu dünyasını dəyişib.

Yeniera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Qobu-Lökbatan yolunda yaşanıb. 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində dünyasını dəyişiblər, “Ford”un sürücüsü isə xəsarətlər alıb.

Qəzada vəfat edənlər 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparmış “Qobu” futbol klubunun oyunçuları olublar.

Videonu təqdim edirik:

Exit mobile version