• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
5°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Manşet

SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlər qadağan olunur

16 Dekabr, 25 / 15:06
A A
SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlər qadağan olunur

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur.

Yeniera.az xəbər verir ki, bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Belə ki, “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında “tütün məmulatı” anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin “qızdırılan tütün məmulatı” və “elektron siqaret” anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir.

Qeyd olunub ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

Eyni zamanda uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, “Reklam haqqında” qanunda müvafiq dəyişikliklər edilir. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.

“Reklam haqqında” qanuna təklif olunan dəyişikliklərə görə nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan olunacaq.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera

XƏBƏR LENTİ

Müəllimlərin NƏZƏRİNƏ:Növbəti mərhələ başlayır

Nazir generalı təqaüdə göndərdi

“Rufo Gəncinski” saxlanıldı

İlham Əliyev Ağdərəyə getdi - FOTOLAR

 Baş prokurordan təyinat

Hesablama Palatası: DSMF-də audit qərarları yerinə yetirilməyib

Ermənistan Türkiyə ilə sərhəddəki keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarır

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini fevralın 24-nə qədər razılaşdıra bilər

“Teşkilat”ın aktyoru vəfat etdi - FOTOLAR

Fransalı motosikletçi yarış zamanı qəzada öldü

Oktay Kaynarca saxlanıldı

Verner karyerasını ABŞ-də davam etdirəcək

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Sabah Bakıda sulu qar yağacaq

Naxçıvan Ali Məclisində və tabeli qurumlarında pozuntular aradan qaldırılmayıb

İlham Əliyev Tərtərdə açılışda iştirak edib

Rubio Ermənistan XİN başçısı ilə görüşəcək

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs tutulub

FHN hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Türkiyənin cənnəti sayılan tarixi Giresun – FOTOLAR

Populyar xəbərlər

MediaMetrics

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.