Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Yeniera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon sakini Novruz Soltanov polis tərəfindən saxlanılıb.

Bildirilir ki, hadisədə iştirak edən şəxslər supermarket əməkdaşıdırlar.

Onların kafedə yeyib-içdikdən sonra mübahisə etdiyi və hadisənin də orada baş verməsi məlum olub.

Araşdırma aparılır.

Exit mobile version