Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.

Yeniera.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elvin Cuvarov AMB-nin Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinq bölməsinin rəhbəri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışıb.

Exit mobile version