Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində faşizm üzərində qələbənin qeyd olunması ilə əlaqədar birtərəfli qaydada atəşkəs elan edildiyini açıqlayıb. Rusiya Silahlı Qüvvələri bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atacaq. Nazirlik bu təşəbbüslə bağlı Ukrayna tərəfinin də analoji addım atacağına ümid etdiyini bildirib.
Yeniera.az xəbər verir ki, rəsmi Moskva eyni zamanda Kiyevə ciddi xəbərdarlıq ünvanlayıb. Bildirilib ki, Ukrayna tərəfi Qələbə Gününün qeyd olunmasına mane olmaq məqsədilə hər hansı “cinayətkar plan” həyata keçirməyə cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə sarsıdıcı cavab zərbələri endirəcək.
Bununla əlaqədar olaraq, Rusiya Müdafiə Nazirliyi Kiyev şəhərinin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri vaxtında tərk etməyə çağırıb. Vəziyyətin gərginliyi fonunda beynəlxalq ictimaiyyət hadisələrin inkişafını yaxından izləyir.///NOCOMMENT.az
