ABŞ Prezidenti Donald Tramp ölkənin hərbi sursat ehtiyatlarının vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Yeniera.az xəbər verir ki, Tramp Truth Social platformasında ABŞ-ın rekord həcmdə sursat ehtiyatı topladığını və bu ehtiyatların artırıldığını qeyd edib.
O bildirib ki, ABŞ-ın istifadəsinə kifayət edəcək həcmdən daha çox sursat mövcuddur və ölkə ehtiyatları daha əvvəl görünməmiş səviyyəyə çatdırılır.
Qeyd edək ki, daha əvvəl Bloomberg ABŞ-ın müttəfiqlərini İranla bağlı münaqişə fonunda azalan sursat ehtiyatlarının bərpası səbəbindən silah tədarükündə bir neçə ilədək gecikmələrin ola biləcəyi barədə xəbərdar etdiyini yazıb.
YENİERA.AZ
