ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.
Yeniera.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio NBC telekanalına müsahibəsində deyib.
Rubio qeyd edib ki, Vaşinqton belə bir görüşə açıqdır, lakin hazırda Tramp və Pezeşkian arasında danışıqlar planlaşdırılmayıb.
ABŞ dövlət katibinin sözlərinə görə, əgər görüş uzunmüddətli perspektivdə müsbət nəticələrə gətirib çıxara bilərsə, Amerika tərəfi belə bir görüşün keçirilməsi imkanını nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, Rubio daha əvvəl BMT Baş Assambleyası çərçivəsində İran nümayəndələri ilə görüşməyə hazır olduğunu açıqlayıb.
YENİERA.AZ
