ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında, prezidentlər Vladimir Putin və Volodimir Zelenskinin şəxsi danışıqların perspektivi ilə bağlı qeyri-müəyyənliyin artmasına baxmayaraq, sülh sazişinin bağlanması ideyasına sadiq qaldığını bildirib.

Yeniera.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib.

D.Tramp öz mövqeyini realist-optimist kimi xarakterizə edib. O qeyd edib ki, hər iki liderin bu məsələni necə həll etməyə çalışdığını diqqətlə izləyir.

“Mən bunu müşahidə etdim və bu barədə (ikitərəfli danışıqlar zamanı – red.) Putin və Zelenski ilə danışdım. Nəsə baş verməlidir, amma onlar hələ hazır deyillər. Biz öz məqsədimizə çatacağıq”, – ABŞ Prezidenti bildirib.

Bununla belə, Ağ Ev rəhbəri vurğulayıb ki, Rusiya və Ukrayna arasında sülhün əldə olunması əvvəllər düşündüyündən daha çətin olub.

Exit mobile version