ABŞ prezidenti Donald Tramp sərt insanları yumşaqlardan daha çox sevdiyini deyib.
Yeniera.az xəbər verir ki, Amerika lideri bu barədə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti zamanı bəyan edib.
Ağ Ev rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyib və türk ordusunu dünyanın ən güclü ordularından biri adlandırıb.
Xatırladaq ki, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin həllinə dair İsrail və HƏMAS arasında sazişin birinci mərhələsinin imzalandığını elan edib. Məlumata görə, HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadası Təl-Əvivin müqaviləni pozmadığı təqdirdə razılaşmaya əməl etmək niyyətində olduğunu bəyan edib.
Yeganə

