ABŞ prezidenti Donald Tramp iddia edib ki, İranın yeni ali lideri Müctəba Xamenei “hələ də müəyyən mənada sağdır”, baxmayaraq ki, o, vəzifəyə gəldikdən bəri ictimaiyyət qarşısına çıxmayıb.

YENİERA.az xəbər verir ki, Fox News telekanalının aparıcısı Brian Kilmeade ilə müsahibəsində Tramp bildirib:

“Düşünürəm ki, bəli, yəqin ki, o xəsarət alıb, amma müəyyən mənada hələ də yaşayır.”

Tramp əlavə edib ki, son dörd ay ərzində İranın minlərlə raketi Yaxın Şərqin müxtəlif ölkələrinə qarşı hədəfə alınıb və Tehranın bu bölgədə nüfuz qazanmaq planları olub:

“Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Səudiyyə Ərəbistanı… Bütün bu ölkələr İrandan qorxurdu, amma indi artıq qorxmur. Onların qorxmaq üçün səbəbləri vardı. Biz onları məhv etdik, heç bir başqa ölkə bunu bacara bilməzdi və onların hələ də qismən qüvvələri qalıb.”

O, İranın hərbi potensialının məhv edildiyini vurğulayıb.
Həmçinin, Tramp sosial şəbəkə yazıb ki, ABŞ

“İran terror rejimini hərbi, iqtisadi və digər sahələrdə tamamilə məhv edir”:

“New York Times qəzetini oxusanız, səhvən elə düşünə bilərsiniz ki, biz qalib gəlmirik. Amma onların hərbi-dəniz qüvvələri məhv edilib, hava qüvvələri yoxdur, raketlər, pilotsuz uçuş aparatları və digər silahlar məhv edilir, liderləri isə yer üzündən silinib.”KONKRET.az

Exit mobile version