Türkiyədə gün ərzində qeydə alınan zəlzələlər seriyasına daha biri əlavə olunub.

Yeniera.az xəbər verir ki, AFAD-ın məlumatına görə, saat 14:24-də Mərmərə dənizində, Yalova sahilləri yaxınlığında 3,2 maqnitudalı zəlzələ baş verib.

Zəlzələ Yalova və ətraf yaşayış məntəqələrində qısa müddətli narahatlığa səbəb olub.

Qeyd edək ki, gün ərzində Türkiyənin müxtəlif bölgələrində, o cümlədən Adıyaman və Kayseridə də yeraltı təkanlar qeydə alınıb.

Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

Exit mobile version