Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Yeniera.az xəbər verir ki, “Qarabağ” Niderlandda “Tvente” ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşma Azərbaycanda CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
