Böyük Britaniya dondurulmuş Rusiya aktivlərinin istifadəsindən Ukraynaya 1 milyard dollar göndərib.

Yeniera.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın rəsmi hökumət saytında bildirilib.

“Dondurulmuş Rusiya aktivlərindən əldə edilən bir milyard dollardan çox vəsaiti Ukraynaya hərbi dəstək üçün yönəldilib”, – müdafiə naziri Con Hilinin sözləri gətirilib.

O, həmçinin bildirib ki, Britaniya atəşkəs olacağı təqdirdə Ukraynaya göndərmək niyyətində olduğu Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini nəzərdən keçirir.

Exit mobile version