Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.
Yeniera.az xəbər verir ki, 5 aylıq hamilə, rayonun İqrığ kənd sakini 2003-cü il təvəllüdlü S. Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(APA)
