Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.

Bu barədə Yeniera.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

***

16:47

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.

Yeniera.az bu barədə “Report”a istinadən xəbər verir.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Exit mobile version