Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib ki, Yaponiya Litvaya iki döyüş mühəndisi göndərməyi planlaşdırır.
Yeniera.az xəbər verir ki, onlar burada Ukrayna hərbçilərinin təlimində iştirak edəcəklər.
“Bu, Ukrayna xalqının humanitar vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş çox mühüm təşəbbüsdür”, – deyə “Kyodo” agentliyi bildirib.
Yapon mütəxəssisləri noyabrın 3-dən dekabrın 5-dək Ukrayna hərbi qulluqçuları üçün təlimlər keçirəcək beynəlxalq minatəmizləyici komandanın tərkibində olacaqlar. Oktyabrın sonunda Tokioda Ukraynada minalardan təmizləməyə dair beynəlxalq konfrans keçiriləcək.
Yaponiya hakimiyyəti bundan əvvəl Ukraynaya minalardan təmizləmə yardımı göstərib. Onlar minaları yüksək dəqiqliklə aşkar etməyə imkan verən dörd ALIS sistemi, həmçinin 50 metal detektoru hədiyyə ediblər.
Yeganə

