Yaponiyada güclü zəlzələ baş verib.
Yeniera.az xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar cümə günü, yerli vaxtla saat 12:46-da, 5,8 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri Çiba prefekturasının Toqane şəhərindən 14 kilometr şimal-şərqdə və Narita şəhərindən 26 kilometr cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, ötən gün də Yaponiyada güclü zəlzələ baş vermişdi.
