İsmayıllıda yarımtikilidə qadın meyiti tapılıb.

Yeniera.az xəbər verir ki, hadisə aprelin 9-u saat 16 radələrində İsmayıllı şəhərinin ərazisində yerləşən Mənzil Kommunal Təsərrüfatı Birliyinin həyətindəki yarımtikilidə baş verib.

Ölən qadının 1942-ci il təvəllüdlü Qalınçaq kənd sakini Vəzifə Namaz qızı Fatullayeva olduğu müəyyənləşib.

Onun üzərində zorakılıq əlamətləri aşklanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version