Bu gün Milli Məclisin yaz sessiyasında sonuncu iclas keçirilir.
Yeniera.az xəbər verir ki, deputatlar bu gün 13 məsələni müzakirə edəcək.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Bu il mayın 27, 28-i Qurban bayramıdır. Müstəqillik günü (28 may) qeyri-iş günü hesab edilir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
Bu il Qurban bayramı Müstəqillik Günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq. Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.
Bununla əlaqədar Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası bu gün keçirilir.
***
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.
Sədr Sahibə Qafarova Milli Məclisin yaz sessiyasını qapalı elan edib və Dövlət Himni səsləndirilib.
