Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədrinə müşavir təyin edilib.

Yeniera.az xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Mehdi Cavadova həvalə edilib.

Qeyd edək ki, M.Cavadov əvvəllər də sözügedən vəzifədə çalışıb. Belə ki, o, 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına qədər “ASAN xidmət” sədrinin müşaviri olub.

M.Cavadov bu ilin may ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri təyin olunsa da, təqribən 2 ay yarımdan sonra, yəni bu il avqustun 1-də vəzifəsindən ayrılıb.

O, həmçinin 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub.

Exit mobile version