Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinə yeni müavin təyin olunub.

Bu barədə muxtar respublikanın Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Fazil Məmmədov Naxçıvan MR mədəniyyət nazirinin müavini vəzifəsinə gətirilib.

C.Musayev oktyabrın 6-da onu kollektivə təqdim edib.

Yeniera.az Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin yeni müavininin dosyesini təqdim edir:

Fazil Məmmədov 25 sentyabr 1970-ci ildə anadan olub. Mühəndis-texnoloq və inzibati idarəetmə ixtisasları üzrə təhsil alıb.

1994-2025-ci illərdə özəl şirkətlərdə, “Azərkimya” Dövlət Şirkətində, Azərbaycan Respublikasının Gənclər və İdman, İqtisadiyyat və Energetika nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

Yeni təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində fəaliyyət göstərib. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.

Ailəlidir, iki övladı var.

Exit mobile version