Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü bildirib ki, Polşa dərhal siyasi, iqtisadi və hərbi mənfəət əldə etmək üçün anti-Rusiya isteriyasından istifadə edərək Rusiyaya qarşı əsassız ittihamlar irəli sürür.
Yeniera.az xəbər verir ki bu barədə “TASS” məlumat yayıb.
Zaxarova bildirib ki, Varşava Moskvanın respublikanın hava məkanında pilotsuz təyyarənin mənşəyinin araşdırılması təklifinə məhəl qoymayıb, çünki Polşanın sübut tapmağa və ya cinayətkarları müəyyən etməyə ehtiyacı yoxdur.
Zaxarova həmçinin qeyd edib ki, rusofobiya Polşanın siyasi ənənəsinin və siyasi əks-mədəniyyətinin bir hissəsinə çevrilib.
Yeganə

