Kiyev lideri Volodimir Zelenski Ağ Evdən ABŞ-a səfər etmək üçün rəsmi dəvət alıb.
Yeniera.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti Ukraynanın ABŞ-dakı səfirliyinə istinadən yazır.
Vurğulanır ki, Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında bu görüş BMT Baş Assambleyasından sonra ilk görüş olacaq.
“ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskini bu həftə danışıqlar üçün Vaşinqtona dəvət edib”, –deyə nəşr qeyd edib.
Dəvətin tarixi və Zelenski ilə Trampın görüşü açıqlanmayıb.
Yeganə

