“Kiyev lideri Volodimir Zelenski NATO ölkələrini Ukrayna münaqişəsinə cəlb etmək üçün Ukraynaya “Tomaqavk” raketlərinin verilməsinə Rusiyanın sərt cavab verəcəyinə ümid edir”.
Yeniera.az xəbər verir ki, bu barədə “National İnterest” (Nİ) jurnalı yazıb.
Nəşr vurğulayır ki, Moskva belə bir addımı ciddi eskalasiya kimi qiymətləndirə bilər və bu, NATO-nun sərt cavabı ilə nəticələnəcək.
“Paradoksal olaraq, bu, məhz belə bir zərbədir və Brüsseldə bir çoxları Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə istinad etməyə və Trampı Ukraynaya Amerika qoşunlarını daha fəal şəkildə cəlb etməyə məcbur etməyə ümid edirlər”, – deyə jurnal qeyd edib.
Yeganə

