• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Övladları üzərindən alver edənlər var

27 Oktyabr, 25 / 13:43
A A
10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Övladları üzərindən alver edənlər var

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Yeniera.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Təqsirləndirilən Tağı İbrahimov ifadəsində bildirib ki, onun partlayışla əlaqəsi olmayıb:

“Bizi yanğında, partlayışda ittiham edirlər. Zavodda yanğın yox, birbaşa partlayış olub. Mən oranı icarəyə vermişdim. Cavabdeh şəxslər icarəyə götürənlər olmalıdır. Vergi ilə bağlı 693 min manatı ödəməyə razı olmasam da, yenə də ödədim. Zərərçəkənlərin, rəhmətə gedənlərin də xərclərini mən qarşılamışam. Övladları üzərindən alver aparanlar var. Bu ödənişi mən etməməli idim, amma etmişəm”.

Toğrul Rzayev isə bilidirib ki, onun vəzifəsi icarə pullarını yığmaq olub:

“Mənim vəzifəm orada icarə pullarını yığmaq və çıxan sexləri siyahıya almaq olub. Pulların yığılması ilə 3 il məşğul olmuşam. Həftədə 4 dəfə daimi iş kimi sexə gəlirdim. Bunun qarşılığında 1000 manat maaş almışam. Partlayış olan gün mən Naxçıvanda olmuşam. Prokurorluğa da öz istəyimlə getmişəm”.

Tağı ibrahimovun böyrəklərində çatışmazlıqla bağlı tibbi arayış məhkəməyə təqdim edilib.

Proses oktyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook səhifəmizdə izləyin @yeniera
Öncəki Yazı

Parlamentdə "Mehdiyev şəbəkəsi"... - Milli Məclis buraxılacaq?

Növbəti Yazı

Moskvada Rusiya və Şimali Koreya XİN başçılarının görüşü keçirilir

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.