Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması gündəmdə deyil.
Yeniera.az xəbərverir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“102-ci hərbi bazanın çıxarılması məsələsi gündəmdə deyil. Ermənistan tərəfi bunu bütün səviyyələrdə açıq şəkildə bildirib. Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizlik sisteminin mühüm struktur elementi olmaqla yanaşı, həm də regional sabitliyin mühüm amili olaraq qalır. Üstəlik, ordumuz regionda heç kimə təhlükə yaratmır”, – rusiyalı diplomat bildirib.
O xatırladıb ki, Rusiyanın hərbi mövcudluğu haqqında müqavilə 1995-ci il martın 16-da Ermənistanla imzalanıb və bu müqavilənin müddəti avtomatik olaraq beş ildən bir uzadılır.
Leyla Cəfərova

