Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL
  • “Əlimyandı”, “təcili satılır” kələyi: Buna mütləq diqqət edin
  • “Sabah” “Lester”in futbolçusunu transfer etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»11 nəfərlik dəstənin içində dünya çempionu da var – 4 milyon ələ keçirilib

11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib

Hadisə Gülnar Əliyeva04.08.2026 - 16:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır.

“Qafqazinfo”nun məlumatına görə, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Dələduzluq və torpaq üzərində mülkiyyət hüququnun pozulması yolu ilə xüsusilə ağır cinayət törətməkdə ittiham olunan 11 nəfərin hamısı azadlıqdadır. Onlar Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğludur.

Prokurorun elan etdiyi ittihamda deyilir ki, təqsirləndirilən şəxslər cinayətkar qrup halında birləşərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan isə planın davamı olaraq həmin torpaqları ayrı-ayrı şəxslərə satıblar. Pul verib torpaq alan şəxslər indi iş üzrə zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən bəziləri aldıqları torpaq üzərində ev də tikiblər.

Fotoda: Anar Hüseynov dünya çempionu olduğu gün

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslərdən biri MMA döyüş idman növü üzrə tanınmış idmançı Anar Hüseynovdur. Anar 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qızıl medal qazanıb, dünya çempionu olub.

İttihamda yazır ki, Anar Hüseynov Ceyhun Əşrəfov və Qalib Əliyev ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub, sonradan həmin torpaqları satmaq və uzunmüddətli icarəyə verməklə dələduzluq yolu ilə 1 milyon 200 min manat pul ələ keçiriblər. Dövlətə dəymiş ümumi ziyan isə 4 milyon manatdan çoxdur. 

Lakin o, heç bir epizod üzrə ittihamı qəbul etmir, yekunda barəsində bəraət hökmü çıxarılmasını istəyir. Məhkəmədə döyüşçünün hüquqlarını vəkil Ruzi Səmədov müdafiə edir. Vəkil ilk çıxışında ittihamla razı olmadıqlarını, əksini göstərən sübutların məhkəmə istintaqı müddətində üzə çıxacağını deyib.

Verilmiş ittihamlar (CM-178.4 və 188.3) təsdiqini tapsa, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir. Lakin dövlətə və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi vəziyyəti dəyişə bilər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumata əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq aparılıb. Görülmüş tədbirlər nəticəsində zəbt edilmiş 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi sözügedən nazirliyin istifadəsinə geri qaytarılıb.

Bənzər Xəbərlər

04.08.2026 - 19:30Gülnar Əliyeva

Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL

04.08.2026 - 19:14Gülnar Əliyeva

“Əlimyandı”, “təcili satılır” kələyi: Buna mütləq diqqət edin

04.08.2026 - 19:00Gülnar Əliyeva

“Sabah” “Lester”in futbolçusunu transfer etdi

04.08.2026 - 18:25Gülnar Əliyeva

Bu tarixdən havalar DƏYİŞİR - İstilər bitir

04.08.2026 - 18:10Gülnar Əliyeva

Moldova millisinin futbolçusu “Kəpəz”də

04.08.2026 - 17:55Gülnar Əliyeva

Rusiya və Suriya birbaşa uçuşları bərpa edir

04.08.2026 - 16:28Gülnar Əliyeva

“Çantamdakı poverbank partladı, üzüm, saçım yandı” - Video

04.08.2026 - 15:45Gülnar Əliyeva

“KADDEH Bulvar”da  QALMAQAL - “Hesabı yoxlayanda ŞOKA DÜŞDÜK“

04.08.2026 - 15:26Gülnar Əliyeva

Hüseyn Həsənov qiyabi olaraq dörd il həbs cəzasına məhkum edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 546

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 760

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 762

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 596
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.