Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandı
  • Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? – Açıqlama
  • 169 nəfər müsabiqədənkənar tələbə oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»12 kəndi 23 saata düşməndən azad edən qəhraman… – Saqi Babayev

12 kəndi 23 saata düşməndən azad edən qəhraman... - Saqi Babayev

Cəmiyyət Ariz Əhədov13.02.2026 - 20:14
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Babayev Saqi Elxan oğlu 16.01.1983-cü ildə Ağdaş rayonunda anadan olub. 1989-cu ildə Ağdaş rayon Müşfiq İsayev adına orta məktəbə daxil olub. 1997- 2000-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində Kəşfiyyatçı ixtisası üzrə təhsil alıb.

YENİERA.az xəbər verir ki, 2005-ci ildə Kəşfiyyat ixtisası üzrə təkmilləşdirmə kursunu bitirdikdən sonra ordu sıralarında xidmətə başlayıb.

Xidməti zamanı Tovuz, Qazax, Tərtər, Goranboy, Füzuli, Daşkəsən, Kəlbəcər istiqamətində ön xətdə yerləşən hərbi hissələrdə Kəşfiyyatçı ixtisası üzrə taqım komandirindən, Komando hərbi hissə komandiri vəzifəsinə qədər 24 il 6 ay şərəflə xidmət etmişdir.

Xidmət etdiyi hərbi hissələrdə vətən müharibəsi başlayana qədər dəfələrlə düşmənin döyüş mövqelərinə öz şəxsi heyəti ilə basqın fəliyyətləri icra etmiş və düşmənə gözləmədiyi yerdən ağır zərbələr endirmişdir.

2015-ci ildə Qazax rayonunun Qızılhacılı istiqamətində yerləşən düşmən postuna tək girərək postu partlatmış vaxtından əvvəl mayor rütbəsi ilə təltif edilmişdir.

Vətən müharibəsində Füzuli istiqamətindən kəşfiyyat rəisi vəzifəsində şəxsi heyəti ilə birlikdə döyüşlərə qatılmış 30 il gücləndirilmiş Ohanyan səddinin yarılmasında xüsusi şücaət ğöstərmiş, 30 sentyabr 2020-ci il tarixində Cəbrayılın Nüzgar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.

Müalicədən dərhal sonra xidmətə qayıdan qəhrəman zabitimiz Laçının 10 kəndinin boşaldılmasına rəhbərlik etmişdir. Yuxarı komandanlığın təqdimatı ilə Daşkəsən rayonuda yerləşən Kamondo hərbi hissəsinə hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunmuşdur.

2022-ci sentyabrın 12-14 də Yuxarı rəhbərliyin planlaşdırdığı Qisas əməliyyatına rəhbərlik edərək Basarkeçər rayonu ərazisində yerləşən düşmənin 9 döyüş mövqeyini şəxsi heyəti ilə darmadağın edərək, ərazidə yerləşən Bala Göyçə gölünü və Hinal dağından Murov silsiləsinə qədər uzanan 12 km ərazini ələ keçirmiş, Basarkeçər rayonunun 4 kəndini nəzarəti altına almışdır.

Qisas əməliyyatından sonra xidməti qiymətləndirilərək hərbi hissə kamandiri vəzifəsinə təyin olunmuşdur.

2023-cü ilin 19-20 sentyabrında planlaşdırılan Antiterror əməliyyatlarında Kəlbəcər istiqamətindən döyüşə başlayaraq çətin relyefli dağlıq ərazidə rəhbərlik tərəfindən qarşıya qoyulmuş tapşırıq əsasında Ağdərənin 8 kəndini 17 saat müddətində düşməndən təmizləmiş və rəhbərliyin əlavə əmrinə əsasən 3 kənd və 14 km ərazinin alınasında rəhbərlik etmiş, Ağdərə istiqamətində olan düşmənin qanunsuz silahlı quruplaşmasını təslim olmağa vadar edərək 350 yə yaxın düşmən hərbçisinin silahını təhvil alaraq zərərsizləşdirmişdir.

Xidmət etdiyi müddətdə Cənab Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Bənzər Xəbərlər

24.08.2026 - 20:25Gülnar Əliyeva

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

24.08.2026 - 20:10Gülnar Əliyeva

Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? - Açıqlama

24.08.2026 - 19:50Gülnar Əliyeva

169 nəfər müsabiqədənkənar tələbə oldu

24.08.2026 - 19:35Gülnar Əliyeva

Bakının bəzi ərazilərində 1 gün su olmayacaq

24.08.2026 - 19:25Gülnar Əliyeva

Həmin şəxs Rusiyadan tutularaq Bakıya gətirildi

24.08.2026 - 19:00Gülnar Əliyeva

“iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq

24.08.2026 - 18:36Gülnar Əliyeva

Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

24.08.2026 - 18:30Gülnar Əliyeva

İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi

24.08.2026 - 18:25Gülnar Əliyeva

“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 880

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 974

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 929

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 746
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.