1960-cı ildə Science jurnalında dərc olunan bir məqalə 13 noyabr 2026-cı ili “qiyamət günü” adlandırmışdı. Müəlliflərin hesablamasına görə, dünya əhalisi əvvəlki iki minillikdəki kimi artmağa davam etsəydi, həmin tarixdə say “sonsuzluğa yaxınlaşacaqdı”.

Bu fikir bu ay The Independent qəzetində yenidən gündəmə gətirilib.

Məqaləni avstriyalı-amerikalı alim Haynts fon Förster və onun tələbələri Patrisiya Mora ilə Lourens Amiot yazmışdılar. Onlar iki min il ərzində dünya əhalisinə dair 24 göstəricini araşdıraraq artımın sürətlənən trayektoriya ilə davam edəcəyini irəli sürmüşdülər. Alimlərin xəbərdarlığı belə idi: gələcək nəsillər aclıqdan ölməyəcək, onları həddindən artıq sıxlıq “əzəcək”.

1963-cü il: Heinz von Foerster (İllinoys Universiteti)

Ancaq bu, dünyanın mütləq 13 noyabrda sona çatacağı barədə proqnoz deyildi. Hesablama əhali artımının əvvəlki templə davam etməsi şərtinə əsaslanırdı. 1990-cı illərin əvvəllərindən dünya əhalisinin artımı modelin proqnozlaşdırdığından geri qalmağa başladı. The Independent yazır ki, hazırda qlobal doğum səviyyəsi 1960-cı illə müqayisədə yarıdan da aşağıdır.

Beləliklə, alimlərin riyazi hesablaması maraqlı tarixi xəbərdarlıq kimi yenidən diqqət çəkib. 13 noyabrda isə çox güman ki, dünya əhalisi üçün adi bir gün olacaq.

Mənbə: https://www.independent.co.uk/news/science/doomsday-date-13-november-2026-b3059689.html

Musavat.com

Exit mobile version