Türkiyənin Batman şəhərində yaşayan yeniyetmə dürüstlüyü ilə hər kəsin rəğbətini qazanıb.
Yeniera.az xəbər verir ki, 15 yaşlı Ömər Çoban yol kənarında tapdığı, 1 milyon 600 min lirə (təxminən 90 min AZN) dəyərində olan qızılları dərhal polisə təhvil verib.
Ailəsinin dolanışığı üçün əmisinin hazırladığı qatığı sataraq pul qazanan Ömər, evə qayıdarkən yolun kənarında yeməklə dolu bir çanta görüb. Çantanı açdıqda içərisində böyük miqdarda qızıl olduğunu anlayıb və vaxt itirmədən aidiyyəti orqanlara çatdırıb.
Məhəllə sakinləri gənc yaşda bu qədər dürüst və məsuliyyətli davranış sərgilədiyinə görə Öməri təbrik edib.
Gülnar Həmidova

