Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.

Belə ki, Quba rayonu Zöhrab Əkbərov adına Xucbala kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun 4 uşaq anası olduğu bildirilir.

Qeyd edək ki, mərhum 1997-ci ildə M.Ə.Sabir adına Pedaqoji Texnikumunun Qusar filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə təhsil almış, 2001-ci ildə həmin təhsil müəssisəsini bitirib. 15 sentyabr 2009-cu il tarixindən Quba rayon Xucbala kənd tam orta məktəbində müəllim vəzifəsinə qəbul olunmuş və uzun illər ibtidai sinif müəllimi kimi şərəflə fəaliyyət göstərib. 2022-ci ildə keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanında 51 bal toplayıb.

Exit mobile version