Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.
Məlumatına görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Müdafiə Nazirliyində mühüm strateji istiqamətlərə rəhbərlik edən polkovniklər – Azər Heybətli, Elçin Abdullayev və Rəsul Əliyev general-mayor hərbi rütbəsinə layiq görülüblər.
Yeniera.az həmin generalların dosyesini təqdim edir:
General-mayor Azər Heybətli
Açıq mənbələrdə yer alan məlumatlara görə, o, bir müddət Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi kimi fəaliyyət göstərib. Hazırda isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edir. Ordunun kadr və şəxsi heyət siyasətinin idarə olunmasında əsas fiqurlardan biri hesab olunan Azər Heybətli bundan sonra general korpusunda təmsil olunacaq.
General-mayor Elçin Abdullayev
Hazırda o, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışır. Elçin Abdullayev Azərbaycanın hərbi diplomatiya xəttində, xarici tərəfdaşlarla müdafiə əlaqələrinin koordinasiyasında və beynəlxalq hərbi əməkdaşlıq istiqamətində əsas simalardan biri sayılır.
General-mayor Rəsul Əliyev
Hazırda general-mayor Rəsul Əliyev Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışır. Ordunun kəşfiyyat xəttinə rəhbərlik edən əsas şəxslərdən biri olan Rəsul Əliyevin general rütbəsi alması Silahlı Qüvvələrin komanda heyətində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.
General-mayor Gülməmməd Rzayev
General-mayor Ruslan Ağasıyev
